Rəsmi Bakıdan "Freedom House"a ETİRAZ

Rəsmi Bakıdan "Freedom House"a ETİRAZ
  25 Yanvar 2014    Oxunub:1017
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Freedom House təşkilatının öz hesabatlarında qondarma Qarabağ Respublikasına yer verməsinə etiraz edib.

AzVision.az xəbər verir ki, XİN rəsmisi qeyd edib ki, onlar bir daha öz qərəzli mövqelərini ortaya qoyurlar:

"Özünü insan hüquqlarının və fundamental azadlıqların “keşikçisi” kimi təqdim etməyə çalışan Freedom House təşkilatı Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətə göz yumaraq, azərbaycanlılara qarşı törədilmiş qanlı etnik təmizləmə siyasətinə, insanlığa qarşı cinayətlərə, yerli Azərbaycan əhalisinin kütləvi şəkildə öz torpaqlarından zorla qovulmasına və sülh danışıqlarına xələl gətirən Ermənistanın təxribatçı əməllərinə qiymət vermək əvəzinə, öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi Yerevan tərəfindən yaradılmış qondarma rejimə yer verməsi və hətta bu rejimi “qiymətləndirilmə cədvəli” nə daxil etməsi bu təşkilatın qərəzliliyini, bəyan etdiyi ali ideallardan tamamilə uzaq olduğunu və Azərbaycan xalqının faciəsinə biganə və hörmətsiz yanaşaraq, əslində təzyiq etmək siyasəti güddüyü qabarıq şəkildə biruzə verir",-deyə, E.Abdullayev qeyd edib.

Onun sözlərinə görə, bu cür yanaşma ilə Freedom House təşkilatı və onun himayədarları öz qərəzli mövqelərini və həqiqi simalarını bir daha ortaya qoymuş olurlar.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti