Hava soyuyacaq,qar yağacaq

Hava soyuyacaq,qar yağacaq
  25 Yanvar 2014    Oxunub:864
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında
yanvarın 25-i və 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində havanın tutulacağı, şimal küləyinin güclənəcəyi ehtimal olunur. Gecəyə doğru yağıntılı olacağı gözlənilir.

Havanın temperaturunun gecə 2-4, günün birinci yarısında 5-7, axşam 0-2 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

Yanvarın 25-də hava şəraitinin gün ərzində bəzi şimal rayonlarında, yanvarın 26-da isə əksər rayonlarda arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcəyi ehtimal olunur. Yanvarın 25-də şimal küləyinin arabir güclənəcəyi, qeyri-sabit hava şəraitinin yanvarın 27-si səhərədək davam edəcəyi gözlənilir.

AzVision.az



Teqlər:  





Xəbər lenti