Çingiz Qənizadə Leyla Yunusa qarşı

Çingiz Qənizadə Leyla Yunusa qarşı
  24 Yanvar 2014    Oxunub:1066
“Leyla Yunusun açıqlaması ciddi qəbul edilə bilməz. Çünki Leyla Yunus müstəqil hüquq-müdafəçiliyini həyata keçirmir”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə ötən gün "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunusun ölkədə siyasi məhbusların sayı ilə bağlı açıqladığı siyahıya münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Leyla Yunus radikal müxalifət təşkilatların tərkib hissəsindədir və onlarla iş birliyindədir:

“O, Milli Şura və digər qurumlarda fəaliyyət göstərir. Avropa Şurası və Avropa ölkələri bizdən həmişə tələb edirdi ki, hüquq müdafiəçisi heç bir siyasi təşkilatın təsiri altında olmamalı və müstəqil olmalıdır. Yəni o nə iqtidarın, nə də müxalifətin təsiri altında olmamalıdır. Amma bu gün Milli Şuranın iclasını keçirtməyə cəhd edən, onların tərkib hissəsində olan bir adamın elektron vasitələrdən, mətbuatdan əldə etdiyi məlumatı harasa göndərməsi ilə bağlı mən hesab edirəm ki, bu ciddi bir siyahı deyil və ümumiyyətlə əhəmiyyət verilməyəcək”.

Ç.Qənizadənin sözlərinə görə, L.Yunusun xidmət etdiyi istiqamət, maraq, ermənilərin marağı ilə üst-üstə düşür: “Bu indi onun hansısa bir ənənələri ilə bağlılığından irəli gələ bilər. Amma mən həmişə demişəm, bu Leyla Yunusa da aiddir , elə mənə də. Hüquq müdafiəçisi öncə Azərbaycan vətəndaşıdır və o vətəndaşlıq mövqeyindən çıxış etməlidir. Ölkənin maraqlarına xidmət edən mövqedən çıxış etməlidir. Xaricə gedib orada-burada ölkənin imicinə zərbə vuran, qarışqadan fil düzəldən insanlar ölkəni sevə bilməzlər. O baxımdan mən Leyla Yunus kimi adamların siyahısına əhəmiyyət verməməyə çağırıram və belə hesab edirəm ki, o yuxuda gördüklərini o siyahıya salmaqla Azərbaycanı beynəlxaq aləmdə hər hansı bir formada imicinə xələl gətirməyə çalışır, təbii ki, buna da heç vaxt nail ola bilməyəcək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti