Mikayıl Cabbarov kredit sistemi ilə bağlı əmr verdi

Mikayıl Cabbarov kredit sistemi ilə bağlı əmr verdi
  24 Yanvar 2014    Oxunub:1094
Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının icrası barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əmrə əsasən, kredit sisteminin tətbiqi ilə bağlı tədris sənədlərinin (tədris planı, tədris qrafiki, ixtisas üzrə illik işçi tədris planı, tələbənin fərdi iş planı, müəllimin illik işçi tədris planı, dərs cədvəli, akademik transkript, tələbənin ərizə forması, tədris razılığı, akademik arayış, akademik təqvim, məlumat paketinin strukturu) nümunələri təsdiq edilib.

Qeyd olunur ki, ali təhsil müəssisələri tədris prosesinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın tələblərinə və tədris sənədlərinin təsdiq olunmuş nümunələrinə uyğun aparılmasını təmin etməlidirlər.

Elm və ali təhsil şöbəsinə bu əmrdən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Əmrin və "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın ali təhsil müəssisələrinə göndərilməsi, eləcə də "Azərbaycan müəllimi" qəzetində dərc edilməsi nazirliyin İnformasiya şöbəsinə həvalə olunub.

Əmrin icrasına nəzarət isə nazir müavini Ceyhun Bayramova tapşırılıb.


Teqlər:





Xəbər lenti