İlham Əliyev "Microsoft”un prezidenti ilə görüşüb

İlham Əliyev "Microsoft”un prezidenti ilə görüşüb
  24 Yanvar 2014    Oxunub:926
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Microsoft International" şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşüb.

AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan ilə "Microsoft International" şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Şirkətin ölkəmizdəki fəaliyyətindən, müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən məmnunluq ifadə olundu.

Söhbət zamanı Azərbaycanda proqram təminatı və əqli mülkiyyətin qorunması sahəsində görülən işlər yüksək qiymətləndirildi. Həmçinin "Microsoft"un proqram təminatının müəllif hüququnun qorunması sahəsində Azərbaycan hökumətinin rolu xüsusi vurğulandı.


Teqlər:  





Xəbər lenti