Nazirlər bu gün görüşəcək

Nazirlər bu gün görüşəcək
  24 Yanvar 2014    Oxunub:919
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə erməni həmkarı Eduard Nalbandyanla görüşəcək.

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik tvitter səhifəsində bildirib.

Nazirlərin görüşündə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyi, həmçinin iki ölkə prezidentlərinin fevralda baş tutacaq görüşlərinin vaxtının müəyyənləşəcəyi gözlənilir.




Teqlər:  





Xəbər lenti