Lukaşenko Putinlə təcili danışmaq istəyir

  15 Avqust 2020    Oxunub : 3930
 Lukaşenko Putinlə təcili danışmaq istəyir
Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Putin ilə danışmaq istədiyini deyib.
Azvision.az "Sputnik Belarus"a istinadən xəbər verir ki, Lukaşenko respublikaya qarşı aqressiyanın inkişaf etdiyini və Putin ilə vəziyyəti müzakirə etmək istədiyini söyləyib.

Onun sözlərinə görə, vəziyyətin inkişafı təkcə Belarusu təhdid etmir.

"Dərinliklərdə nə baş verdiyini görürük. Bunu çox yaxşı görürük. Bundan başqa, rəngli inqilabların dərsliklərini oxuduq. Üstəlik, rəngli inqilabların dərsliklərində bir xüsusiyyət var, xarici müdaxilə elementlərinin ortaya çıxması. Müdafiə Nazirliyinin Strateji İdarəetmə Mərkəzində bu barədə danışacağıq”.

O, həmçinin bildirib ki, Belarusun müdafiəsi Birlik dövlətinin müdafiəsidir, belaruslar tab gətirməsə, dalğaya yuvarlanacaqlar.

Lukaşenko küçələrdə etiraz edənlərin nə baş verdiyini anlamadıqlarını, sosial şəbəklərdə saxta məlumat və görüntülərin yayıldığını əlavə edib.

“Onlar artıq mənim Moskvada evimi tapıblar. İndi açıq demək istəyirəm: tapdınız, götürün. Belarusda, kənddə yaşadığım rəsmi iqamətgahdan başqa heç bir əmlakım yoxdur",- deyən Lukaşenko ölkəni tərk etməsinə dair saxta məlumatların yayıldığını diqqətə çatdırıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Belarus