Mirşahin “Xainlər”i göstərəcək - VİDEO

  15 Avqust 2020    Oxunub : 7906
   Mirşahin “Xainlər”i göstərəcək -    VİDEO
REAL TV-də yeni film yayımlanacaq. Telekanalın rəhbəri Mirşahin Ağayevin müəllifi olduğu “Xainlər” adlı film 90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış qarışıq siyasi vəziyyətdən istifadə edərək ölkəni parçalamağa çalışan qüvvələrə həsr olunub.
Filmdə 1993-cü ildə Əlikram Hümbətov adlı separatçının cənub bölgəsinin bir hissəsini Azərbaycandan ayırmaq və ölkəni parçalamağa hesablanmış xain planlarından bəhs edilir.

Sözügedən filmdə yalnız həmin dövrə aid deyil, hələ də bu separatçı qrupun arzu və niyyətlərini davam etdirən, xaricdə yaşayan və birbaşa erməni xüsusi xidmət orqanlarının əmri ilə fəaliyyət göstərən şəxslərlə bağlı real faktlar öz əksini tapıb.

Qeyd edək ki, “Xainlər” filmi tezliklə REAL TV-də yayımlanacaq.



Azvision.az

Teqlər: