Ruhani İsrail-BƏƏ razılaşmasını tənqid edib
"Təəssüf ki, qonşularımızdan biri İslam dünyasının, bölgənin düşməni, fələstinlilərin qatili ilə münasibətlər qurmaq qərarına gəldi. Bu, dindar müsəlmanların yaşadığı bir İslam ölkəsidir, ancaq hökumətləri səhv etdi", - deyə Ruhani bildirib.
O əlavə edib ki, BƏƏ-nin seçdiyi yoldan dönəcəyinə ümid edir.
Qeyd edək ki, İsrail və BƏƏ münasibətlərini normallaşdırmaq barədə razılığa gəliblər. Razılıq ABŞ-ın vasitəçiliyi ilə əldə edilib.
Yaxın həftələrdə İsrail və BƏƏ-nin investisiya, turizm, birbaşa uçuşlar, təhlükəsizlik, telekommunikasiya və digər sahələrdə sazişlər imzalayacağı gözlənilir.
Fələstin rəhbərliyi üçtərəfli razılaşmanı sərt şəkildə qınayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: BƏƏ