Qazaxıstanın COVID-19 statistikası

Qazaxıstanın COVID-19 statistikası
  14 Avqust 2020    Oxunub:2753
Qazaxıstanda son sutka ərzində koronavirusa 476 yeni yoluxma faktı aşkarlanıb. Bundan əlavə, kliniki göstəriciləri olmayan 184 yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə "CentralAsia" məlumat yayıb. Bildirilib ki, ümumilikdə ölkədə 101 848 yoluxma halı müəyyən edilib. İndiyədək 78 633 xəstə sağalıb.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 1-dən bu günə qədər ölkədə 16 666 nəfər virusa yoluxub, onlardan 198-i vəfat edib.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Qazaxıstan   virus  





Xəbər lenti