Rusiyada bir gündə 114 nəfər koronavirusdan öldü

  14 Avqust 2020    Oxunub : 2434
 Rusiyada bir gündə 114 nəfər koronavirusdan öldü
Rusiyada son sutka ərzində daha 5065 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla ümumi yoluxma sayı 912 823 nəfərə yüksəlib.

Rusiyada bir gündə virusdan 114 nəfər ölüb. Ölkə üzrə pandemiya qurbanlarının sayı 15 498 nəfərdir.

İndiyədək 722 964 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya