Ermənistanda 814 nəfər koronavirusdan ölüb

Ermənistanda 814 nəfər koronavirusdan ölüb
  14 Avqust 2020    Oxunub:2825
Ermənistanda son sutka ərzində daha 276 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 41 299 nəfərə çatıb.

Son sutkada 5 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 814 nəfər olub.

İndiyədək 34 164 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 239 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti