ABŞ Rusiyanın peyvənd təklifindən imtina edib

  14 Avqust 2020    Oxunub : 3983
ABŞ Rusiyanın peyvənd təklifindən imtina edib
Rusiya ABŞ-a koronavirus infeksiyası (COVID-19) əleyhinə peyvəndin hazırlanmasında kömək göstərməyi təklif edib, lakin Amerika tərəfi imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə CNN telekanalı Rusiya rəsmilərinə istinadən məlumat yayıb.

“Amerika tərəfində Rusiyaya qarşı ümumi bir etibarsızlıq hiss olunur. Hesab edirik ki, vaksinlər, sınaq və müalicə daxil olmaqla texnologiya Birləşmiş Ştatlar tərəfindən inamsızlıq səbəbindən qəbul edilmir", - deyə yüksək səviyyəli rusiyalı rəsmiləri bildiriblər.

Onlar, həmçinin Rusiyanın peyvənd barədə məlumat mübadiləsi aparmağa hazır olduğunu söyləyiblər.

"Bu, Amerika dərman şirkətlərinə vaksini ABŞ-da buraxmağa imkan verə bilər. Bundan əlavə, Rusiya peyvəndi amerikalıların həyatını xilas edə bilər. ABŞ bunu qəbul etmək barədə yaxşı düşünməlidir".

Xatırladaq ki, avqustun 11-də Rusiya dünyada ilk olaraq koronavirusa qarşı peyvəndi qeydə alıb. Dərman "Sputnik V" adlanır. İlk partiya yaxın iki həftə ərzində buraxılmalıdır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Rusiya   Peyvənd   Təklif