Vyetnam koronavirusa qarşı Rusiya peyvəndi alacaq

Vyetnam koronavirusa qarşı Rusiya peyvəndi alacaq
  14 Avqust 2020    Oxunub:3332
Vyetnam Səhiyyə Nazirliyi koronavirus infeksiyasına qarşı Rusiya peyvəndini almaq üçün müraciət edib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyasının efirində bildirilib.

"Eyni zamanda, Vyetnam COVID-19 əleyhinə öz peyvəndini inkişaf etdirməyə davam edəcək", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, avqustun 11-də Rusiya dünyada ilk olaraq "Sputnik V" adlı koronavirus peyvəndini qeydə alıb. Dərman Rusiya Federasiyası Səhiyyə Nazirliyinin N.F. Qamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb, iyun-iyul aylarında klinik sınaqlardan keçib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Vyetnam  





Xəbər lenti