Erməni deputat mandatından imtina etdi

Erməni deputat mandatından imtina etdi
  14 Avqust 2020    Oxunub:4056
"Parlaq Ermənistan" fraksiyasının nümayəndəsi Mane Tandilyan deputat mandatından imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində məlumat paylaşıb.

Parlament üzvü qərarını aktiv siyasi fəaliyyətlə uyğun olmayan sağlamlıq problemləri ilə əlaqələndirib:

"Uzun müddətdir işlərimlə paralel olaraq həll etməyə çalışdığım sağlamlıq problemləri ilə üzləşmişəm. Məlum oldu ki, səhhətim aktiv parlament və siyasi fəaliyyətə uyğun deyil. Buna görə də deputat səlahiyyətlərimdən istefa verməyə məcbur oldum, eyni zamanda partiyada fəaliyyətimi dayandırıram”.

Mane Tandilyan, həmçinin sağlamlığı ilə bağlı şərhlərdən çəkinəcəyini də vurğulayıb.

O, 2018-ci ilin dekabrında Ermənistanda keçirilən erkən parlament seçkilərində deputat seçilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Parlament   Ermənistan   Deputat   İstefa  





Xəbər lenti