Kolumbiyada pandemiya ilə bağlı son vəziyyət

Kolumbiyada pandemiya ilə bağlı son vəziyyət
  14 Avqust 2020    Oxunub:2344
Kolumbiyada ötən gün koronavirus infeksiyasına 11 286 yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bildiirlib ki, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 308 nəfər vəfat edib.

Ümumilikdə, Kolumbiyada 433 805 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib, onlardan 250 494 nəfər müalicə olunaraq sağalıb, 14 145 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, Kolumbiyada COVID-19 infeksiyasının yayılması ilə bağlı ölkə üzrə xüsusi karantin rejimi 31 avqust tarixinədək uzadılıb.

Azvision.az


Teqlər: Koronavirus   Kolubmiya  





Xəbər lenti