Türkiyədə koronavirusdan ölüm sayı 5900-ü keçdi

   Türkiyədə koronavirusdan ölüm sayı 5900-ü keçdi
  14 Avqust 2020    Oxunub:3018
Türkiyədə son sutka ərzində 21 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 1243 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5912, virusa yoluxanlar isə 245 min 635 nəfərə çatıb.

Türkiyədə indiyədək 228 min 57 pasiyent (son sutkada 968 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti