Ərdoğanla Merkel arasında telefon danışığı olub

  13 Avqust 2020    Oxunub : 2387
Ərdoğanla Merkel arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.
Azvision.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, tərəflər regional məsələləri, xüsusilə Aralıq dənizinin şərqində mövcud vəziyyəti müzakirə ediblər.

Ərdoğan ölkəsinin Aralıq dənizinin şərqində yaranan problemlərin beynəlxalq hüquq və dialoq əsasında həllini dəstəklədiyini bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Aralıq