Venesuelanın vitse-prezidenti koronavirusa yoluxdu

  13 Avqust 2020    Oxunub : 2121
Venesuelanın vitse-prezidenti koronavirusa yoluxdu
Venesuelanın vitse-prezidenti, rabitə və informasiya naziri Xorxe Rodriges koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, özünü yaxşı hiss edir və virusa qalib gəlmək üçün təcrid olunub.

"Worldometer" saytında yer alan məlumata görə, Venesuelada koronavirusa 29 088 yoluxma faktı aşkarlanıb, 247 nəfər ölüb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Venesuela