Ukraynada rekord yoluxma

 Ukraynada rekord yoluxma
  13 Avqust 2020    Oxunub:2627
Ukraynada son sutka ərzində 1592 nəfər COVID-19 virusuna yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, pandemiya dövründə ölkədə qeydə alınan ən yüksək göstəricidir.

Nəticədə Ukraynada ümumi yoluxma sayı 86 140 nəfərə çatıb. İndiyədək 46 216 xəstə sağalıb, 1992 nəfər isə koronavirusun qurbanı olub.

Qeyd edək ki, Ukraynada koronavirusla əlaqədar karantin müddəti avqustun 31-dək uzadılıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   virus  





Xəbər lenti