İranda koronavirusdan ölənlərin sayı 19 mini ötdü

 İranda koronavirusdan ölənlərin sayı 19 mini ötdü
  13 Avqust 2020    Oxunub:2990
İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 174 nəfər vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 19 162 nəfərə çatıb. Son sutkada koronavirusa daha 2625 nəfər yoluxub, ümumi sayı 336 324-ə yüksəlib.

İndiyədək İranda 292 058 pasiyent sağalıb. Hazırda 3971 xəstənin vəziyyəti ağır və ya orta ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İranSəhiyyəNazirliyi  





Xəbər lenti