Paşinyana etiraz edən dünya çempionu aclığa başladı

Paşinyana etiraz edən dünya çempionu aclığa başladı
  13 Avqust 2020    Oxunub:3097
Ermənistanın boks üzrə dünya çempionu İsrail Akopkohyan İrəvanın mərkəzində müddətsiz aclıq aksiyasına başlayıb.
Azvision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, idmançı bununla hazırkı hakimiyyətin siyasətinə etiraz edir.

Akopkohyan, millətin taleyinə biganə qalmayan insanların Paşinyan hakimiyyətinə qarşı birləşmək çağırışına qoşulacaqlarına ümid etdiyini deyib.

“Aclıq aksiyasında məqsəd budur ki, millətin taleyinə biganə qalmayan insanlar dəyirmi masada toplanaraq, bu hakimiyyətin ölkəni tezliklə tərk etməsi üçün nə etmək lazım olduğu barədə müzakirələr aparsın.

Mən narahat olanları birləşdirmək üçün bu addımı atdım, hamının yorğanı öz tərəfinə çəkməsini istəmirəm, birləşmək lazımdır".

İstanbul, Lanzarot konvensiyalarına, Amulsarın yatağı, digər problemlərə qarşı aclıq aksiyası keçirən erməni idmançı xatırladıb ki, indikilər hakimiyyətə gəlməzdən əvvəl onlar haqqında danışırdılar, amma indi unudublar.

"Nikol bu şüarlarla gəldi, rahat bir kresloya oturandan sonra bu məsələlərdə xalqı ayağa qaldırdığını unutdu, Amulsar yatağı istismar ediləcək, İstanbul konvensiyası qəbul edildi. Onlar hakimiyyətə gəlməzdən əvvəl bir söz dedilər, gələndən sonra başqa bir şey etdilər.

Nikol Amulsar uğrunda hansı mübarizəni apardı? Ədalətli tələblərini irəli sürən Cermuk sakinlərini döyüb, sarsıdıb, üzərlərinə qoşun yeridir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Amulsar  





Xəbər lenti