Ukrayna Belarusa iki nota göndərdi

Ukrayna Belarusa iki nota göndərdi
  13 Avqust 2020    Oxunub:2679
Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) avqustun 9-dan 12-dək olan müddətdə saxlanılan vətəndaşları ilə bağlı Minskə iki nota göndərib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, rəsmi Kiyev ukraynalılar barədə məlumat təqdim edilməsini istəyir.

Ukrayna XİN rəhbəri Dmitru Kulebanın sözlərinə görə, vətəndaşları Konstantin Reutski, Yevgeni Vasilyev və Aleşinanın saxlanılması barədə məlumatlıdırlar.

Nazir əlavə edib ki, konsulun vətəndaşlarla dərhal görüşməsini tələb edirlər.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib. Seçki bitdikdən sonra ölkədə etirazlar başlayıb. Aksiya iştirakçıları səsvermənin nəticələrinin yenidən sayılmasını tələb ediblər. Aksiyalar zamanı jurnalistlər də daxil olmaqla 6 mindən çox insanın saxlanıldığı bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti