Kreml Putin-Lukaşenko görüşü barədə xəbərləri təkzib etdi

Kreml Putin-Lukaşenko görüşü barədə xəbərləri təkzib etdi
  13 Avqust 2020    Oxunub:2790
Rusiya Prezidenti Vladimir Putinin gündəliyində belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüş yoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında deyilir.

Bundan əvvəl, Lukaşenkonun təcili olaraq Putinlə görüşmək üçün Moskvaya uçduğu barədə xəbərlər yayılıb.

"Gündəlikdə belə bir görüş yoxdur", - deyə mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-da baş tutub. MSK-nın yenilənmiş məlumatlarına görə, hazırkı prezident Aleksandr Lukaşenko 80,08% səs toplayıb. Lukaşenko 26 ildir ölkəyə rəhbərlik edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Putin   Lukaşenko  





Xəbər lenti