Livanda nazirlər sorğu-sual ediləcək

Livanda nazirlər sorğu-sual ediləcək
  13 Avqust 2020    Oxunub:2363
Livan prokurorluğu Beyrut limanında baş vermiş partlayışla əlaqədar bir neçə naziri dindirmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı ölkənin məhkəmə dairələrindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin dediyinə görə, sorğuya ilk olaraq Livan İctimai İşlər Nazirliyinin keçmiş rəhbəri Qazi əl-Aridi cəlb olunacaq. Bundan əlavə, ifadə vermək üçün ictimai işlər, maliyyə və ədliyyə nazirlərinin də prokurorluğa çağırılması planlaşdırılır.

Qeyd edək ki, avqustun 4-də Beyrut limanında baş vermiş partlayış nəticəsində 171 nəfər ölüb, 6 minə yaxın insan yaralanıb, onlarla sakin itkin düşüb. Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, faciəyə səbəb altı il əvvəl gömrük xidməti tərəfindən müsadirə edilmiş 2,7 min tondan çox ammonium nitratın alovlanması olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Livan  





Xəbər lenti