Ermənistan MTX-nin sabiq rəhbərinə yeni vəzifə verildi

Ermənistan MTX-nin sabiq rəhbərinə yeni vəzifə verildi
  12 Avqust 2020    Oxunub:3176
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Eduard Martirosyan Ermənistan AES-in icraçı direktoru təyin edilib.
Azvision.az xəbər verir ki, ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan onu kollektivə təqdim edib.

Nazir deyib ki, AES Ermənistan iqtisadiyyatında və xüsusən enerji sektorunda mühüm rol oynayır.

Qeyd edək ki, Martirosyan təxminən 2 ay əvvəl işdən çıxarılmışdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AES  





Xəbər lenti