ABŞ Belarusdakı etirazçılara dəstək verdi

ABŞ Belarusdakı etirazçılara dəstək verdi
  12 Avqust 2020    Oxunub:3103
ABŞ dövlət katibi Mayk Pompeo Belarusda seçkilərin ədalətsiz keçirildiyini deyib və bu ölkənin gələcək taleyi üçün qorxularını dilə gətirib.
Azvision.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Orada ədalətsiz seçkilər keçirildi. Belarusiyalılar ürəyimizdədir. Etirazları izlədik və nümayişçilərin təhlükəsizlik qüvvələrinin hücumlarından qorunmasını istədik. Biz bundan sonra da tələb etməyə davam edəcəyik",- deyə Pompeo bildirib.

Dövlət katibi əlavə edib ki, ABŞ Belarusdakı demokratik qüvvələrə dəstəyini davam etdirəcək.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 26 ildən artıq müddətə ölkəyə rəhbərlik edən Aleksandr Lukaşenko seçkidə qələbə qazanıb. Müxalifət təmsilçiləri seçkinin nəticələrini tanımayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: MaykPompeo   ABŞ   Belarus  





Xəbər lenti