İranda daha 188 nəfər koronavirusdan ölüb

  12 Avqust 2020    Oxunub : 2082
İranda daha 188 nəfər koronavirusdan ölüb
İranda son sutka ərzində daha 188 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 18 988 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2510 nəfər artaraq 333 min 699-a yüksəlib.

İndiyədək 290 244 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İran   virus