İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiqləndi

  İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiqləndi
  12 Avqust 2020    Oxunub:5121
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2020-ci il 12 avqust tarixli Sərəncam imzalayıb.

Sərəncama əsasən Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Baş Naziri təyin olunub. Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri və Azərbaycan Respublikasının Maliyyə naziri təyin edilib.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti