BƏƏ səfiri Azərbaycandan gedir

BƏƏ səfiri Azərbaycandan gedir
  12 Avqust 2020    Oxunub:3429
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Mohamed Alqubaisinin ölkəmizdə diplomatik fəaliyyəti başa çatıb.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin "Twitter" səhifəsində məlumat paylaşılıb.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfirlə vida görüşü keçirib.

Görüşdə tərəflər Azərbaycanla BƏƏ arasındakı uğurlu əlaqələrdən razılıq ifadə edib, gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BƏƏ  





Xəbər lenti