“ABAD”da yeni şöbə müdiri təyinatı

 “ABAD”da yeni şöbə müdiri təyinatı
  12 Avqust 2020    Oxunub:3854
"ABAD" publik hüquqi şəxsin marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.
Azvision.az xəbər verir ki, bu barədə şöbənin keçmiş rəhbəri Turanə Qasımova məlumat verib.

Onun sözlərinə görə, "ABAD"-ın marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinə Ləman Əhmədova rəhbərlik edəcək.

Qeyd edək ki, "ABAD" publik hüquqi şəxsin marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Turanə Qasımova yeni vəzifəyə təyin edilib. O, fəaliyyətini Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini olaraq davam etdirəcək.

Azvision.az


Teqlər: ABAD   Təyinat   Şöbə  





Xəbər lenti