“Ermənistana ciddi təzyiq göstərilməlidir” - Nazir

 “Ermənistana ciddi təzyiq göstərilməlidir” -  Nazir
  12 Avqust 2020    Oxunub:2899
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi dialoq, danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır, bunun üçün kifayət qədər hüquqi baza və əsaslar var.
Azvision.az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə səfəri çərçivəsində “CNN Türk” kanalına müsahibəsində deyib.

Nazir bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Həmin sənədlərə əsasən, Azərbaycan ərazilərindən Ermənistanın qanunsuz hərbi birləşmələrinin çıxarılması, məcburi köçkünlərin geri qayıtmasının təmin edilməsi, eyni zamanda ölkəmizin beynəlxalq müstəvidə tanınmış sərhədlərinin bərpası tələb olunur.

"Eyni tələblər digər beynəlxalq təşkilatların da sənəd və qətnamələrində öz əksini tapıb. Belə olan halda, məsələnin siyasi dialoq yolu ilə həlli istiqaməti bəllidir. Hesab edirik ki, burada Ermənistan tərəfinə beynəlxalq birlik tərəfindən kifayət qədər ciddi təzyiq olmalıdır", - deyə XİN rəhbəri vurğulayıb.

Nazir əlavə edib ki, Azərbaycanın bu məsələdə mövqeyi dəyişməz və prinsipialdır. Həmin qətnamələr tam olaraq yerinə yetirilməlidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov  





Xəbər lenti