Ceyhun Bayramov birgə hərbi təlimlərdən danışdı

Ceyhun Bayramov birgə hərbi təlimlərdən danışdı
  12 Avqust 2020    Oxunub:3359
Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın uzun müddətli tarixi var. Birgə hərbi təlimlər iki dövlət arasında imzalanmış hərbi sazişə əsasən həyata keçirilir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə səfəri çərçivəsində “CNN Türk” kanalına müsahibəsində deyib.

Nazir bildirib ki, təlimlər mütəmadi olaraq həyata keçirilir: "Hərbi təlimlər bizim hərbi sahədə əməkdaşlığımızın böyük və əhəmiyyətli hissəsini təşkil edir. Türkiyə ilə Azərbaycan arasındakı hərbi sahədə əməkdaşlıq daha geniş məhfuma dayanır. Burada nəinki hərbi-texniki, eyni zamanda, hərbi təhsil, hərbi səhiyyə məsələləri üzrə də əməkdaşlıq var.

Onu da qeyd etmək çox vacibdir ki, Türkiyə ilə Azərbaycan arasında olan əməkdaşlıq nəinki iki ölkənin, həmçinin regionun inkişafına, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Hesab edirəm ki, hərbi əməkdaşlıq da bu yöndə dəyərləndirilməlidir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti