Ermənistanda işsiz qalan vətəndaşlar aksiya keçirir - VİDEO

 Ermənistanda işsiz qalan vətəndaşlar aksiya keçirir -  VİDEO
  12 Avqust 2020    Oxunub:3179
Ermənistanda hökumət binası qarşısında fövqəladə vəziyyət rejiminin uzadılmasına etiraz olaraq aksiya keçirilir.
Azvision.az xəbər verir ki, aksiya iştirakçıları vəziyyətlərinin çox acınacaqlı olduğunu və işləmək üçün Rusiyaya getməyə şərait yaradılmasını tələb edirlər.

Onlar bildiriblər ki, ötən ay baş nazir Nikol Paşinyan ölkədə fövqəladə vəziyyət rejiminin son dəfə uzadıldığını söyləmişdi.

Əsasən Rusiyada daimi yaşayan və ya işləməyə gedən şəxslər işlərinə qayıtmaq üçün icazə verilməsini, eyni zamanda, Nikol Paşinyan və ya komendant Tiqran Avinyanla görüş tələb edirlər.

“Biz hökumətdən pul istəmirik. Yalnız pul qazanmaq üçün getməyimizə imkan yaratmalarını istəyirik. Ermənistan bizə normal həyat üçün fürsət vermir”, - etirazçılardan biri deyib.

“Buradan ev almağa belə ümid etmirəm. Rusiya hakimiyyəti isə bizə bu imkanı verir", - deyə digər aksiya iştirakçısı vurğulayıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti