Risk qrupuna salınan bölgələrin siyahısı yeniləndi

Risk qrupuna salınan bölgələrin siyahısı yeniləndi
  12 Avqust 2020    Oxunub:2792
Almaniyada yoluxucu xəstəliklər sahəsində tədqiqatlar aparan və hökumətə məlumat verən Robert Kox İnstitutu risk qrupuna daxil olan bölgələrin siyahısını yeniləyib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İspaniyada COVID-19 virusuna yoluxmanın artdığı Madrid və Bask bölgələri riskli ərazilərin siyahısına daxil edilib.

Almaniya Xarici İşlər Nazirliyi koronavirusla əlaqədar Madrid və Bask bölgələrinə səyahət xəbərdarlığı edib. İnstitut iki həftə öncə Kataloniya, Araqon və Navarra bölgələrini də bu siyahıya salmışdı.

Siyahıda ABŞ, Rusiya, Misir, İsrail və Türkiyədə daxil olmaqla 130 ölkə riskli bölgə kateqoriyasına aid edilib. Bu ölkələrdən qayıdan şəxslər neqativ test cavabını təqdim edə bilmədikləri təqdirdə 14 günlük karantinə alınmalıdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Almaniya   İspaniya  





Xəbər lenti