Bill Qeyts pandemiyanın nə vaxt bitəcəyini açıqladı

 Bill Qeyts pandemiyanın nə vaxt bitəcəyini açıqladı
  12 Avqust 2020    Oxunub:21559
Amerikalı xeyriyyəçi və milyarder, "Microsoft" şirkətinin qurucusu Bill Qeyts koronavirusun yayılmasının qarşısını almaq və vaksin hazırlamaq üçün görülən tədbirlərin bəhrəsini verdiyini və tunelin sonundakı işığın artıq göründüyünü düşünür.
Azvision.az xəbər verir ki, bu barədə o, “Wired” nəşrinə müsahibəsində deyib.

Qeytsin sözlərinə görə, yeni terapevtik vasitələrin, peyvəndlərin ortaya çıxması həqiqətən təsiredicidir.

“Buna görə düşünürəm ki, zəngin ölkələrdə 2021-ci ilin, dünyada isə 2022-ci ilin sonuna qədər problemi həll edə bilərik".

Eyni zamanda, amerikalı milyarderin fikrincə, Rusiyada və Çində vaksin istehsalçılarına təzyiq o qədər yüksəkdir ki, onların effektivliyi və təhlükəsizliyi kifayət qədər sınaqdan keçirilmədən vətəndaşlar peyvənd almağa başlayacaqlar.

Qeyts əlavə edib ki, ABŞ-da bu, mümkün deyil: "Peyvənd dörd aydan sonra ortaya çıxsa, yaxşıdır".

Milyarder ABŞ-dakı vəziyyəti şərh edərkən isə deyib ki, ölkədə aparılan sınaqların əksəriyyəti tamamilə faydasızdır, çünki nəticələri uzun müddət - bir həftədən çox gözləmək lazım gəlir.

"Laboratoriyalar yalnız 48 saat ərzində nəticələr verə biləcəyi təqdirdə, testlər üçün ödəniş almalıdırlar".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti