Minskdə daha iki Rusiya vətəndaşı tutuldu

  12 Avqust 2020    Oxunub : 1435
Minskdə daha iki Rusiya vətəndaşı tutuldu
Belarus İstintaq Komitəsi Rusiya vətəndaşları Artem Vajenkov və İqor Roqovu iğtişaşlarda iştirak etməkdə günahlandırıb.
Azvision.az "Belta" agentliyinə istinadən xəbər verir ki, onlar avqustun 11-də saat 2.00 radələrində Minskdə içkili vəziyyətdə tutulub.

Hazırda hər iki şəxs İstintaq Komitəsinin kütləvi iğtişaşlarda iştirak maddəsi ilə başlatdığı cinayət işində şübhəli sayılırlar.

Onlar özləri isə Minskə turist kimi 8 avqustda gəldiklərini söyləyiblər.

Rusiya KİV-ləri Vajenkov və Roqovun “Açıq Rusiya” təşkilatının koordinatorları olduğunu və akkreditasiyları olmadan seçkiləri izləmək üçün gəldiklərini yazıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Belarus   Rusiya   İğtişaş