Silahlı qüvvələr Minskdən çıxarıldı
Hazırda Minskdə sabitlikdir, əsas yollarda nəqliyyatın hərəkəti bərpa olunur.
Bundan əvvəl, Minskin mərkəzinin bağlı olması səbəbindən etiraz aksiyaları şəhərin kənarında keçirilirdi, lakin gücləndirilmiş polis dəstələri dərhal ora cəlb edilmişdi.
Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 10-da keçirilib. Rəsmi məlumatlara görə, hazırkı prezident Aleksandr Lukaşenko seçicilərin 80,23 faiz səsini alaraq qalib gəlib. Onun rəqibi Svetlana Tixanovskaya isə 574 min və ya 9,90 faiz toplaya bilib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Minsk