Britaniyada koronavirusa yoluxma yenidən artır

  11 Avqust 2020    Oxunub : 2533
Britaniyada koronavirusa yoluxma yenidən artır
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 1148 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 312 min 789, xəstəlikdən ölənlərin sayı isə 46 min 526 nəfərə çatıb.

Qeyd edək ki, son günlər ölkədə yoluxma sayında ciddi artım müşahidə edilir.

Azvision.az

Teqlər: Britaniya   Koronavirus