Türkiyədə daha 15 nəfər koronavirusdan ölüb

Türkiyədə daha 15 nəfər koronavirusdan ölüb
  12 Avqust 2020    Oxunub:3359
Türkiyədə son sutka ərzində 15 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 1183 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5873, virusa yoluxanlar isə 243 min 180 nəfərə çatıb.

Türkiyədə indiyədək 226 min 155 pasiyent (son sutkada 1185 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti