Azərbaycanda 84 yeni yoluxma - Daha 214 nəfər sağaldı

   Azərbaycanda 84 yeni yoluxma -    Daha 214 nəfər sağaldı
  11 Avqust 2020    Oxunub:5180
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 856 nəfər müalicə olunaraq sağalıb, 495 nəfər vəfat edib, aktiv xəstə sayı 2 380 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 318, ötən müddət ərzində isə ümumilikdə 796 459 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti