Çexiya ABŞ hərbçilərindən imtina edir

  11 Avqust 2020    Oxunub : 2181
Çexiya ABŞ hərbçilərindən imtina edir
Çexiya hökuməti ABŞ hərbçilərinin ölkədə yerləşdirilməsinə ehtiyac görmür.
Azvision.az xəbər verir ki, bunu Baş Nazir Andrey Babiş ölkəsində səfədə olan ABŞ dövlət katibi Mayk Pompeo ilə danışıqlara başlamazdan əvvəl jurnalistlərə bildirib.

O, rəsmi Praqanın amerikalı hərbçilərin Çexiyada yerləşdirilməsini mənasız hesab etdiyini deyib.

"Çexiya bu məsələdə maraqlı deyil. Biz NATO-da müttəfiqik, bunda heç nə dəyişmir. Hərbçilərin (Almaniyadan-red) hara gedəcəyi hələ bilinmir, ancaq dəqiq bizim ölkəmizdə yerləşdirilməyəcəklər. Bu barədə məsələ heç vaxt qaldırılmayıb. Məni Pompeo ilə danışıqlarda daha çox ticarət və biznes əlaqələri maraqlandırır".

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Çexiya   ABŞ