Masallıda yeni məktəb tikiləcək - Nazirliyə pul ayrıldı

 Masallıda yeni məktəb tikiləcək -   Nazirliyə pul ayrıldı
  11 Avqust 2020    Oxunub:3470
Prezident İlham Əliyev Masallı rayonunun Qızılağac kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Masallı rayonunun Qızılağac kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

Azvision.az


Teqlər: Prezident   Sərəncam   Məktəb  





Xəbər lenti