“Münaqişənin həlli istiqaməti və həlli yolları bəllidir” - XİN rəhbəri

“Münaqişənin həlli istiqaməti və həlli yolları bəllidir” -  XİN rəhbəri
  11 Avqust 2020    Oxunub:4874
“Bölgədə zəmanətli sülhün təmin edilməsinə əsas maneə Ermənistanın təcavüzkar siyasətidir”.

Azvision.az xəbər verir ki, bunu Ankarada rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT-nin müvafiq qətnamələrinə, beynəlxalq təşkilatların qərar və sənədlərinə əsasən, münaqişənin həlli istiqaməti və həlli yolları bəllidir.

"Azərbaycanın bununla bağlı mövqeyi qəti və dəyişməzdir. Münaqişə Azərbaycan dövlətinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Qarabağ  





Xəbər lenti