Qazaxıstanda 722 yeni yoluxma qeydə alınıb

  11 Avqust 2020    Oxunub : 2098
Qazaxıstanda 722 yeni yoluxma qeydə alınıb
Qazaxıstanda son sutka ərzində koronavirusa 722 yeni yoluxma faktı aşkarlanıb. Bundan əlavə, 374 kliniki göstəriciləri olmayan yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Ümumilikdə ölkədə 100 110 yoluxma halı müəyyən edilib, 1269 nəfər həyatını itirib. İndiyədək 73 702 xəstə sağalıb.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 1-dən bu günə qədər ölkədə 13 337 yoluxma olub, onlardan 173 nəfəri vəfat edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Qazaxıstan