Tixanovskaya ölkəni tərk etdiyini təsdiqlədi - VİDEO

  11 Avqust 2020    Oxunub : 3321
Tixanovskaya ölkəni tərk etdiyini təsdiqlədi -  VİDEO
Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya ölkəni tərk etdiyini açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə o, videomüraciətində bildirib.

Tixanovskaya Belarusu tərk etmək qərarını özünün qəbul etdiyini deyib: “Bilirəm ki, çoxları məni başa düşəcək, çoxları ittiham edəcək, hətta nifrət edənlər də ola bilər. Ancaq məni başa düşməyinizi istəyirəm. Uşaqlar bu həyatda daha vacibdir”.



Xatırladaq ki, bazar günü Belarusda prezident seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Lukaşenko 80,08%, Svetlana Tixanovskaya 10,09% səs toplayıb. Xanım namizəd MSK-nın elan etdiyi nəticələri tanımadığını bəyan edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Belarus