Serbiyalı nazir Bakıya səfərinin məqsədini açıqladı

  11 Avqust 2020    Oxunub : 3103
   Serbiyalı nazir Bakıya səfərinin məqsədini açıqladı
İki strateji tərəfdaş olan Serbiya və Azərbaycan arasında güclü dostluq münasibətləri mövcuddur. Mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq.
Azvision.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili işlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, səfərin məqsədi əlaqələrin daha da inkişaf etdirilməsidir:

“Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda, bugünkü görüş zamanı təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndrmək barədə razılığa gəldik.

Biz iqtisadi sahədə əməkdaşlıq sahəsində də müzakirələr apardıq və hesab edirik ki, bu sahədə əməkdaşlıq daha da dərinləşdirilə bilər. İki ölkə prezidentləri, hökumətləri və xalqları arasında həqiqi dostluq münasibətləri iqtisadi sahədə də əks oluna bilər. Biz Serbiyada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin fəaliyyətindən məmmunuq, onlar çox səmərəli fəaliyyət göstərirlər. Biz inanırıq ki, əməkdaşlıq daha da genişlənə bilər və bunun üçün böyük potensial var. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər”.

Azvision.az

Teqlər: Serbiya   Nazir