Braziliyada virus 101 mindən çox insanı öldürdü

Braziliyada virus 101 mindən çox insanı öldürdü
  11 Avqust 2020    Oxunub:1874
Braziliyada son 24 saat ərzində 703 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 101 min 752-yə yüksəlib. Yoluxma sayı 22 min 48 nəfər artaraq 3 milyon 57 min 470-a çatıb. İndiyədək 2 milyon 163 min 812 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə olunur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Brazilya   virus  





Xəbər lenti