“Qarabağ münaqişəsində qarşıdurma səviyyəsi artıb” - Bolton

  11 Avqust 2020    Oxunub : 10422
 “Qarabağ münaqişəsində qarşıdurma səviyyəsi artıb” -  Bolton
Qarabağ münaqişəsində qarşıdurma səviyyəsi bir çox aspektdən artıb.

Azvision.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton "ArmNews”a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistana səfəri zamanı (2018-ci ilin oktyabr ayında) baş nazir Qarabağ məsələsində qərar vermək üçün "əla" mövqelərə sahib olub.

“İlkin görüşlər zamanı həvəsləndirici əlamətlər var idi, amma ziyarətimdən bir il sonra heç bir nəticə olmadı və bir çox cəhətdən qarşıdurma səviyyəsi artdı. Hesab edirəm ki, bu, hər iki xalq, həm Ermənistan, həm də Azərbaycan üçün itkidir", - deyə Bolton qeyd edib.

O, münaqişənin həllini tapmağın nə qədər çətin olduğunu başa düşdüyünü vurğulayıb.

“Mən Qafqazı yalnız yerli sakinlər üçün deyil, həm də ABŞ və bütün dünya üçün vacib bölgə hesab edirəm. Buradakı atmosfer əslində bir neçə qonşuya görə çox təhlükəlidir. ABŞ-ın bu bölgəyə daha çox diqqət yetirməsini istərdim. Çox istərdim ki, biz daha faydalı olaq, çünki bölgənin üç kiçik ölkəsi cənubdan iki böyük və problemli qonşu ilə əhatə olunub. Düşünürəm ki, ABŞ-ın kənardan iştirakçılığı regional sabitliyi artırır”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ