Kolumbiyada 10 mindən çox yeni yoluxma aşkarlandı

Kolumbiyada 10 mindən çox yeni yoluxma aşkarlandı
  11 Avqust 2020    Oxunub:1882
Kolumbiya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ötən sutka ərzində ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 10 142 nəfər artıb, daha 312 nəfər isə həyatını itirib.
Azvision.az xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 397 623 nəfərə çatıb.

Kolumbiyada infeksiyanın yaratdığı xəstəlikdən 13 154 nəfər ölüb və 221 mindən çox pasiyent müalicə olunaraq sağalıb.

Azvision.az



Teqlər: Kolubmiya  





Xəbər lenti